Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Balakən şəhər sakini 22 yaşlı İslam Ələkbərov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan sellofan torbada ümumi çəkisi 1 kiloqram 680 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Aparılmış araşdırmalarla İ.Ələkbərova narkotik vasitəni satan şəxsin rayonun Mahamalar kənd sakini, əvvəllər də Cinayət Məcəlləsinin ayrı-ayrı maddələri ilə dəfələrlə məhkum olunmuş 50 yaşlı Elşən Adalov olduğu müəyyən edilib. 

O da şübhəli şəxs qismində saxlanılıb və idarə etdiyi “VAZ-21011” markalı avtomobilə baxış keçirilən zaman 14,22 qram qurudulmuş marixuana aşkar olunub.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.