Son sutka ərzində Fransada koronavirusdan daha 110 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 28 132 nəfərə çatıb.

Məlumatlara görə, 17 812 insan xəstəxanalarda, 10 320 nəfər sosial və tibbi-sosial müəssisələrdə virusdan ölüb.

"Hazırda xəstəxanalarda 17 941 nəfər müalicə edilir, halbuki bir həftə öncə 21 071 xəstəxanaya yerləşdirilmişdi. Son bir gün ərzində daha 432 nəfər xəstəxanaya yerləşdirilib", - idarədə qeyd ediblər. 

Hazırda xəstəxanaların reanimasiya şöbələrində 1 794 nəfər müalicə olunur.

Epidemiyanın başlanğıcından koronavirusdan 63 354 nəfər sağalıb və xəstəxanalardan buraxılıb.