İspaniya hökuməti ölkədə yüksək hazırlıq rejimini son dəfə uzatmağı planlaşdırır.

Unikal.org xəbər verir ki, bu barədə İspaniyanın Baş Naziri Pedro Sançez açıqlama verib: “Muxtar icmaların sədrlərinə bildirdim ki, yüksək hazırlıq rejiminin son dəfə 15 günlük uzadılmasına ehtiyac duyacağıq”.

O bildirib ki, karantin tədbirlərinin ləğvinin üçüncü mərhələsində nəzarət mərkəzi hakimiyyətdən muxtar icmaların rəhbərliklərinə ötürüləcək. “Hökumət yalnız hərəkətin tənzimlənməsinə nəzarəti əlində saxlayacaq”,- deyə nazir bildirib.

Təklif iyunun 2-si konqresdə səsverməyə qoyulacaq.