ABŞ-ın paytaxtı Vaşinqtonda etirazçılar Müqəddəs İohann kilsəsini yandırıblar.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, kilsə Ağ Ev binasının bir neçə addımlığında yerləşir.

Belə ki, Müqəddəs İohann kilsəsi 200 ilə yaxındır ki, ABŞ prezidentlərinin dini ayinlərin icrası üçün üz tutduqları məkandır.

Nümayişçilər kilsənin fasadından asılan ABŞ bayrağını da çıxararaq yandırıblar.

Qeyd edək ki, Minneapolisdə afroamerikalının polis zorakılığı nəticəsində ölməsindən sonra ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar başlayıb.