İyunun 6-da “potensial təhlükəli” kateqoriyasına aid edilən asteroid Yerin yaxınlığından keçəcək.
Unikal.org xəbər verir ki, bu barədə NASA-da bildiriblər.
NASA-nın məlumatına görə, 2002 NN4 adı verilən asteroidin diameteri 570 metrə çatır. Asteroid Yerə 5,1 milyon kilometr məsafədə keçəcək. Xatırladaq ki, aprelin 29-da “potensial təhlükəli” hesab olunan asteroid planetin 6 milyon kilometr yaxınlığından keçmişdi.
Ümumilikdə, Yerə təhlükəli yaxınlıqda hərəkət edən 25 minə yaxın asteroid mövcuddur.