Elektron ərizə verən subbakalavrların sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Unikal.org-a  verilən məlumata görə, bu gün saat 12:15-dək elektron ərizə verən subbakalavrların sayı 7584-dür. Təsdiq olunan elektron ərizələrin sayı isə 4496-dır.

Qeyd edək ki, subbakalavrların elektron ərizə qəbulu iyunun 1-dən başlayıb. Elektron ərizə qəbulu iyunun 15-dək nəzərdə tutulsa da, daha sonra DİM tərəfindən iyulun 10-dək uzadılıb.

Elektron ərizəsi təsdiqlənməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.