Türkiyəli məşhur aktrisa Eda Ece doğum gününə sayılı günlər qalmasına baxmayaraq,  sosial şəbəkə hesabından izləyicilərinədən hədiyyə istəyib. 

Unikal.org xəbər verir ki, gözəl aktrisa instaqramda sevənlərinə  doğum günü hədiyyəsi olaraq xərçəng xəstəliyindən əziyyət çəkən insanlara yardım etməyi istəyib. 

Belə ki,  aktrisa doğum gününə qədər bir kampaniyaya start verib.  Həmin kampaniya çərçivəsində 20 iyun tarixinə kimi Edaya ediləcək bütün hədiyyələr toplanaraq xərçəng xəstəlirinin müalicəsinə sərf ediləcək. 

“Mən o zaman xoşbəxt olaram ki, xərçəng müalicəsinə birlikdə yardım edək.  Onalrı dünaya geri döndərək. Bu ən böyük hədiyyədir. Bu həyatda bir-birinizə dəstək olmaq vacibdir.Mən kampaniyanın bağlantısını profilimə qoyuram.Hər bir dəstək edən hər kəsə təşəkkür edirəm. Çox sağ olun” deyə şərhini bildirib.