Bu ilin yanvar-avqust aylarında Azərbaycanda tikinti materialları istehsalının ümumi dәyәri 497,3 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisәdә 1,8% az olub. 

Unikal.org bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, 8 ay ərzində ölkədə 2 189,7 min ton sement istehsal edilib ki, bu da illik müqayisədə 1,6% azdır. 

Bundan başqa, son 1 ildə asfalt istehsalı 46,2% azalaraq 111,2 min ton, tikinti kərpicinin istehsalı 26,3% artaraq 339 min kubmetr, tikinti gipsinin istehsalı 2,8 dəfə artaraq 13 min ton, tikinti əhənginin istehsalı 33,8% azalaraq 20,8 min ton, sementdən, süni daşdan və yaxud betondan tikinti blokları və kərpiclərin istehsalı 57,1% azalaraq 29,1 min ton, betondan yığma tikinti konstruksiyalarının istehsalı 24,7% azalaraq 22 min kubmetr, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 35,6% azalaraq 16 340 ton, hörmə üçün hazır beton qarışığının istehsalı isə 9,6% artaraq 1 202,7 min ton təşkil edib.