Bu gün 2020-ci il iqtisadiyyat üzrə Nobel mükafatının qaliblərinin adı açıqlanıb.

Unikal.org Nobel Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, mükafat Paul R. Milgrom və Robert B. Wilsona "Hərrac nəzəriyyəsinin təkmilləşdirilməsi və yeni auksion formatlarının ixtiralarına görə" verilib.

Qaliblərin adları Stokholmda Nobel komitəsinin mərasimində elan edildi.