Azərbaycanın Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gəncəyə səfər edib.

Unikal.org xəbər verir ki,  K.Heydərov ermənilərin raket zərbələri endirdiyi ərazilərə baxış keçirib, erməni təxribatı nəticəsində dağılmış mülki obyektlərin və yaşayış binalarının vəziyyəti ilə tanış olub.

“Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində zərər çəkmiş, dağıdılmış mülki obyektlər və yaşayış binalarının hamısı bərpa olunacaq, sökülüb yenidən tikiləcək. Bəzi insanlara evlər veriləcək və çəkdiyi zərərlər tərəfimizdən ödəniləcək. Bununla bağlı Gəncə camaatının heç bir narahatlığı olmamalıdır”.