“Futbolçularım qələbə qazanmaq üçün hər şeyi etdilər”.

Unikal.org xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının IV turunda Türkiyə klubu “Sivasspor”la keçirilən oyun barədə danışarkən deyib.

İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda baş tutan matçda rəqibinə 2:3 hesabı ilə məğlub olan Azərbaycan çempionunun qrupda qalacağı dəqiqləşib.

Oyunsonrası mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: “Mübarizə aparsaq da, məğlub olduq. Futbolda belə hallar olur. “Sivasspor”u təbrik edirəm. Yaxşı bir matçda qələbə qazandılar. Məğlubiyyətə üzülürəm. “Sivasspor”a digər görüşlərdə uğurlar arzulayıram”.

Baş məşqçi heyətlə bağlı ciddi problemlərin olduğunu da sözlərinə əlavə edib: “Dəyişiklik edə bilmirdik. 1-2 futbolçumuz sağlam olsaydı, oyunu sürətləndirə bilərdik. Əlimizdəki heyətlə ən doğrusunu etməyə çalışdıq”.