Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının baş leytenantı Mustafayev Təhmasib Sərməst oğlu Vətən Müharibəsinin şəhidlərindədir.

DİN-dən  Unikal.org-a verilən məlumata görə, 31 yaşlı T.Mustafayev Cəbrayıl rayonunda anadan olub.

O, noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. Subay idi.