Ermənistanın paytaxtı Yerevanda hökumət binasının önündə Paşinyana istefa tələbi ilə keçirilən etiraz aksiyası davam edir.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, hadisələr iğtişaş həddinə çatıb. Polislə etirazçılara arasında gərginlik artıb və toqquşma baş verib. İlkin məlumatlara görə, saxlanılanlar var.

Hazırda etirazlar davam etməkdədir.