Almaniya Səudiyyə Ərəbistanına silah satışı yasağını 1 il daha uzadıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qərar 2021-ci ilin sonunadək bu ərəb ölkəsini hərbi ixracatı qadağan edir.

Qərar digər Avropa İttifaqı üzvü olan ölkələrə də tövsiyə olunub. Bununla belə bir sıra Avropa ölkəsi Səudiyyə Ərəbistanına silah satmağa davam edəcək.

Qeyd edək ki, bu qərar Almaniyada daha öncə də verilmişdi. Sözügedən qərarın jurnalist Cəmal Qaşıqçıya qarşı cinayətə cavab olaraq verildiyi bildirilir.