Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmri ilə, polis kapitanı Süleyman Abbasov Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə rəis müavini təyin edilib. O, bu təyinata qədər Binəqədi rayon Polis İdarəsində çalışıb.
 

Famil Fərhadoğlu