On yeddi yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların vaxtı müəyyənləşib.

Unikal.org  AFFA-ya istinadla xəbər verir ki, "B" liqasında 3 komandalı qrupda yer alan millimiz bu ilin sentyabrın 27-də Monteneqro, ayın 30-da isə Albaniya yığması ilə qarşılaşacaq. Bu qrupun oyunları Albaniyada keçiriləcək.

Xatırladaq ki, Avropa çempionatının final mərhələsi 2022-ci ildə Bosniya və Herseqovinada təşkil olunacaq.