Bildiyiniz kimi, aprel ayının 13-dən Azərbaycanda Ramazan ayı başlayır. Ölkədə koronavirusa qarşı vaksinasiyanın davam etdiyi bir dövrdə oruc tutan şəxslərdə peyvəndlə bağlı bəzi suallar yaranır.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Sumqayıt "Cümə" məscidinin axundu Hacı Rauf Sərdarov bildirib ki, vaksin vurdurmaq orucu pozmur:

"Peyvənd insanların sağlamlığı üçündür. Vurulan iynənin oruca heç bir aidiyyatı yoxdur. Oruc tutan insanlar da rahat şəkildə vaksinasiyadan keçə bilərlər".

Murad İbrahimli