"Nura Suri adında müğənni tanımıram. O insan haqqında danışmaq istəmirəm. Özü də Nura yox, əsl adı Aynurədir. Aynurə adında qız tanıyıram, amma Nura Suri adlı müğənni tanımıram. O, mənim üçün müğənni deyil".

Unikal.org  xəbər verir ki, bu sözləri müğənni Nazim Pişyari "MTV Azərbaycan"a açıqlamasında Nura Surinin ünvanına deyib.

Belə ki, sənətçi aralarında yaşanan qalmaqalın səbəbini açıqlamasa da, onun şəxsi məsələ olduğunu bildirib:

"Əfsuslar olsun ki, məsələni efirə çıxardı, gündəmə gətirdi. Ondan sonra Nura Surini hər yerdə qara siyahıya atmışam, əlaqə nömrələrini pozmuşam. Bu insanla üzbəüz də gəlmək istəmirəm. Müğənni saymıram, sübut etməyə də hazıram. Onun nə musiqi savadı, biliyi var. Müğənniliyə yararsız adamdır. Onun səsi də yoxdur. Sadəcə bir insandır, Allah verdiyi səslə danışır".

Nura Suri həmkarına qarşı cavabsız qalmayıb. 

Müğənni, Nazimin ünvanına "Mediatik insanam, hamı özünə borc bilir ki, çıxıb mənə söz atsın. Amma bilmirlər ki, media ilə dostam, deyə, bilərəm yazmayın. Reklam istəyirsinizsə, gəlin ödəniş edin, çıxaq dalaşaq. 17 ildir kliplər çəkdirdim, təqdimatlar etdim, mahnılar yazdırdım ki, sabah kimsə gəlsin nəsə desin? O, məni tərifləsə, özüm-özümdən şübhə edərəm" sözlərini söyləyib.