Dünya Lusern Turizm Formunun təşkilatçılığı ilə İsveçrə Krallığında “Gələcəyə doğru” adlı beynəlxalq tədbir keçirilib.

Unikal.org xəbər verir ki, adıçəkilən beynəlxalq tədbirin təşkilini şərtləndirən başlıca səbəblər sırasına mövcud pandemiya şəraitində dünya iqtisadiyyatı, turizm sənayesinin qarşılaşdığı problemlər,qlobal pandemiyanın dünya turizm sektoruna mənfi təsiri,eyni zamanda postpandemiya dövründə turizm təmayüllü sahələrin yenidən dirçəldilməsi və perspektiv sayılan istiqamətlərin müzakirəsi daxil idi.

“Gələcəyə doğru” adlı beynəlxalq Foruma Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov və universitetin müvafiq sturukturunun əməkdaşları da qatılıblar.

Beynəlxalq tədbirdə Forumun rəhbəri Martin Bath mövcud vəziyyət və postpandemiya dövrundə turizm sənayesinin yenidən dirçəldilməsindən danışıb. İsveçrə Konfederasiyasının turizm və iqtisadiyyat naziri isə çıxışında postpandemiya dövründə ölkə iqtisadiyyatının və turizm sənayesinin yeni inkışaf modellerinə diqqət verməyi tövsiyyə edib. Tədbirdə qlobal pandemiya dövründə yaranan maliyyə problemləri, turizm iqtisadiyyatı, turizm sahəsində təhsil və sair önəmli mövzular əsasında fərqli dinləmələr həyata keçirilib. 

Beynəlxalq onlayn forumda dünya xəritəsindəki əksər ölkələrin turizm və iqtisadiyyat sahələrini əks etdirən müəssisə və şirkətlərin məsul nümayəndələri də olub.