Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan “Sputnik V” peyvəndi ilə vaksinasiya olunub.

Unikal.org  xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Paşinyan dünən peyvənd vurdurub. O, hansı vaksinlə peyvəndlənməsi barədə deputatların suallarını cavablandırmasa da, Rusiya peyvəndini seçdiyi məlum olub.

Bundan əlavə, baş nazirin müavini vəzifəsini icra edən Mher Qriqoryan da “Sputnik V”lə peyvənd olunub.