Azərbaycan şahmatçısı Teymur Rəcəbov 2022-ci ildə keçiriləcək İddiaçılar Turnirində iştirak edəcək.

Unikal.org-un məlumatına görə, bu barədə qərarı FİDE verib.

Qurum turnirə seçim prinsiplərini açıqlayıb. Buna əsasən 2019-cu ildə keçirilən dünya kubokunun qalibi İddiaçılar turnirində oynamaq hüququ verilib. Düzdür, Teymur kubokdakı qələbəsinə görə ötən il keçirilən turnirdə oynamalı idi. Lakin koronavirus pandemiyasını əsas gətirən qrossmeyster yarışa qatılmaqdan imtina etdi. Uzun müzakirələrə səbəb olan bu addım FİDE-nin ona güzəştə gedərək növbəti turnirə vəsiqə verməsi ilə nəticələnib.