Türkyənin Karadəniz bölgəsinə çay  bitkisi toplamaq üçün gedənlərin sayı artır.

Unikal.org xəbər veirr ki,  Gürcüstan, Azərbaycanla yanaşı Türkiyədə oturma izni olan Qambiya, Seneqal, Sudan və Zambiyadan olan afrikalılar  bu bölgəyə  axın edir.

Onlar çay plantasiyasında işlədikdən sonra günə minimum 200-250 lirə maaş alırlar.

Antalyada yaşayan və 3 ildir Rize'yə çay yığmaq üçün gələn Seneqallı Abdülhamit Baa (23), Türkiyəyə futbolçu olmaq üçün gəldiyini qeyd edib:

"Təəssüf ki, klub tapa bilmədim. Dostlarım vasitəsi ilə burada çay işçisi axtarıldığını öyrəndikdə gəldim. Mən 3 mövsümdür çay yığıram. İlk gələndə çay yığmağı bilmirdim, yavaş-yavaş öyrəndim, indi yaxşı çay toplayıram".