21 yaşadək futbolçulardan ibarət Ukrayna milli komandasının futbolçusu Mixaylo Mudrik Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş turnirdə Azərbaycandan olan həmyaşıdlarına məğlub olduqları oyundan (0:1) sonra fikirlərini bildirib.

Unikal.org xəbər verir ki, Ukrayna Futbol Federasiyasının mətbuat xidmətinə danışan Mixaylo, nəticəyə görə utandığını deyib:

“Azərbaycan taktiki cəhətdən bizdən yaxşı oynadı. Matça daha yaxşı hazırlaşdılar və biz məğlub olduq. Nəticəyə görə çox utanıram. Turnir nə olursa olsun, məğlub ola bilmərik. İstər yoxlama oyunu olsun, istərsə də rəsmi. Ukraynanın şərəfini qoruyuruq və hər oyunda bu formaya layiq olduğumuzu sübut etməliyik. Hər oyunda qələbə qazanmalıyıq”.