Türkiyəli məşhur sosial media  fenomeni  Kərəmcan Durmaz "YouTube" da yayımlanan  "Gör məni" adlı proqramın qonağı olub.  

Unikal.org xəbər verir ki,  ötən ay "Peşimde" mahnısı ilə  gündəm olan Kərəmcan səmimi açıqlamalar edib. Belə  ki, o, "Instagram"da yayımladığı videolarla məşhurlaşdığını  da dilə gətirib:

 "İlk əvvəllər  insanların qınağı məni narahat edirdi. Qınaqlara görə  23 yaşımda intihar etmək istədim. İndi  düşünürəm ki, yaxşı ki, etməmişəm. Həyat gözəldir və  hər kəsin bu həyatda öz istədikləri kimi yaşamaq haqqı var. Homeseksual olduğumdan utanmadım".