Bakı Biznes Universitetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində layihə menecerlərinin ikinci görüşü keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə Azərbaycan Turizm və Menecment universiteti daxil olmaqla 15 Azərbaycan universitetinin layihə menecerləri iştirak edib. Görüşdə ATMU-nu layihə meneceri olaraq Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi, Azərbaycan-Avstriya Turizm proqram koordinatoru Elmira Hacıyeva təmsil edib.

Görüşdə layihə rəhbəri Gülşən Bayramova layihənin icrası və ictimailəşdirilməsi üçün Azərbaycan universitetlərinin təşəbbüslərini dəstəklədiyini bildirib və bu kimi layihələrin davamlı olmasının zəruriliyini bildirib.

Layihənin əsas məqsədi ali təhsil müəssisələrinin inkişaf planlarına uyğun olaraq rektorlar konfransı vasitəsilə universitetlər arasında hərtərəfli əməkdaşlığı genişləndirməkdir. Layihənin uğurlu nəticəsi olaraq Azərbaycan ali təhsil müəssisələri həm yerli, həm də beynəlxalq aləmdə çox önəmli əlaqələrin əsasını qoymuş olacaq.

Sonda görüş müsbət qarşılanaraq layihə menecerlərinə xüsusi təşəkkür bildirilib və görüləcək işlər müzakirə edilib.