Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Şimali Kipr Türk Respublikasına iki günlük səfərə yola düşüb.

Unikal.org xəbər verir ki, bu barədə “Haber Kıbrıs” qəzeti məlumat yayıb.

Qeyd edək ki, səfərdə prezidenti Türkiyə parlamentinin sədri Mustafa Şəntop, Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı və Türkiyə Böyük Millət Məclisindən nümayəndə heyəti müşayiət edir.