Xəzər Rayon İcra Hakimiyyətinin (RİH) rayon təsərrüfatı şöbəsinə yeni müdir təyin edilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı RİH-nin başçısı Elşən Salahov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Rəsul Rəsulov təyin edilib.

Xatırladaq ki, həmin şöbənin keçmiş müdiri Tural Zeynalov bir müddət öncə həbs edilmişdi.

Murad İbrahimli