Bursada meşəlik ərazidə bir kişinin cansız cəsədi tapılıb.

Unikal.org xəbər verir ki, meyitin böyük bir hissəsi vəhşi heyvanlar tərəfindən yeyilib. 

Bildirilib ki, meyiti Salih Taran adlı şəxs heyvan otararkən təsadüfən tapıb. Təxminən 30 yaşlarında olan kişinin hansı səbəblərdən öldüyü bəlli deyil.

Hazırda Prokurorluq tərəfindən cəsədin kimliyi və ölüm səbəbləri araşdırılır. 

Ağarza Elçinoğlu