İtaliyanın Milan şəhəri yaxınlığında poçt mərkəzində Roma papası I Fransiskə ünvanlanmış və içərisində üç güllə olan zərf aşkar edilib.

Unikal.org-un məlumatına görə, zərfin içərisində, həmçinin Vatikanın maliyyə əməliyyatları ilə bağlı xəbərdarlıq yazısı yer alıb.

Zərf İtaliya polisi tərəfindən müsadirə olunub. Hazırda insidentlə bağlı araşdırma aparılır.

İlkin məlumatlara əsasən, məktub Fransadan göndərilib.