Hindistanda koronavirus (COVID-19) infeksiyasına 25 807 yeni yoluxma faktı qeydə alınıb

Unikal.org xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb. Bununla da pandemiya baş qaldırandan indiyədək ölkədə koronavirusa yoluxanların ümumi sayı 31 995 395 nəfərə çatıb.

Koronavirus səbəbindən son bir gündə 350 nəfər vəfat edib. Bununla da, pandemiya Hindistanda 428 689 nəfərin həyatına son qoyub. Hazırda ölkədə aktiv xəstə sayı 395 277 nəfərdir.