Xəbər verdiyimiz kimi, bu gün Zaur Aydın oğlu Qurbanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
 
Unikal.org  xəbər verir ki, Zaur Qurbanov bu vəzifəyə təyin olunana qədər Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini vəzifəsini tutub.
 
SOCAR-ın yeni vitse-prezidenti buna qədər beynəlxalq audit şirkəti olan "Ernst & Young” şirkətinin Azərbaycandakı törəməsində vergi direktoru kimi çalışıb.