Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

"Unikal" xəbər verir ki, hadisə rayonun Xanqərvənd kəndində baş verib.

1987-ci il təvəllüdlü S.Əzizov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

İlkin məlumata görə, 39 yaşlı kişi yaşadığı evdə dəm qazından zəhərlənib.