Qazaxıstan Təhlükəsizlik Şurasının katibinin müavini Azamat Abdımomunov vəzifəsindən azad edilib.

"Unikal"-ın Qazaxıstan Prezidentinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bununla bağlı Prezident Kasım-Jomart Tokayev sərəncam imzalayıb.
"Dövlət başçısının sərəncamı ilə Abdımomunov Azamat Kurmanbekoviç Qazaxıstan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindən azad edilib”, - sənədin mətnində deyilir.