Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən axtarılan insan alverçilərinin sayı məlum olub. 

"Unikal"ın məlumatına görə, siyahıda 14 insan alverçisinin adı var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə axtarışa verilənlərdən 1-i kişidir.

Əliyeva Şahnaz Sərxan qızı – 04.11.1962-ci ildə Abşeron rayonun Qobu qəsəbəsində anadan olub. Abşeron rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2020-ci ildə axtarış elan edilib.

İsayeva Azadə Eynəli qızı – 14.05.1964-cü ildə Lənkəran rayonunda anadan olub. Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2020-ci ildə axtarış elan edilib.

Taheri Mahmoudi Mohsen – 05.11.1962-ci ildə anadan olub, İran İslam Respublikasının vətəndaşıdır. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.      

Qədirli Zeynəb Böyükağa qızı – 15.12.1978-ci ildə Kürdəmir şəhərində anadan olub, Kürdəmir şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2016-cı ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.  

Həsənova Sevda Həsən qızı – 30.07.1968-ci ildə Lənkəran şəhərində anadan olub, Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2015-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Hacıyeva Qızqayıt Rafiq qızı – 26.08.1984-cü ildə Abşeron rayonunda anadan olub, Abşeron rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2015-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Quliyeva Validə Tahir qızı – 01.11.1964-cü ildə Gəncə şəhərində anadan olub, Gəncə şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2012-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Məmmədova Şöhrət Savalan qızı – 19.01.1978-ci ildə Goranboy rayonunda anadan olub, Goranboy rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2009-cu ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Abdıyeva Hicranə Rəcəb qızı – 28.07.1969-cu ildə Quba şəhərində anadan olub, Quba şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2008-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Məmmədova Gülxanım Xudam qızı – 20.06.1964-cü ildə Cəlilabad rayonunda anadan olub, Cəlilabad rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2008-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Səfərzadə Aybəniz Mirəddin qızı – 29.05.1970-ci ildə Qəbələ rayonunda anadan olub, Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2007-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Səfərova Almaz Mirəddin qızı – 06.09.1969-cu ildə Qəbələ rayonunda anadan olub, Qəbələ rayon sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2007-ci ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. İnterpol kanalları ilə beynəlxalq axtarışdadır.

Qəhrəmanova Yeganə Lətif qızı - 01.12.1986-cı ildə Tovuz rayonunda anadan olub. Tovuz rayon, Qovlar qəsəbə sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2021-ci ildə axtarış elan edilib.

Ələkbərova Lalə Vilayət qızı - 13.12.1960-cı ildə Gəncə şəhərində anadan olub. Gəncə şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2021-ci ildə axtarış elan edilib.