"Müharibə başlayandan qısa müddət sonra təlaş içində İstanbula getdim. Düşündüm ki, bir daha getmək şansım olmayacaq, sərhədlər bağlana bilər. Bütün dostlarımın getdiyini görüb ölkədə tək qalmaq istəmirdim. Düşünürdüm ki , Rusiya Şimali Koreyaya çevrilir".

"Unikal"ın "Guardian"a istinadən verdiyi xəbərə görə, bunu rusiyalı jurnalist Olqa Qladışeva deyib. 

Qladışeva Bildirib ki, kartlarının bloklanması səbəbindən maliyyə problemləri yaşasığı üçün Rusiyaya geri qayıdıb. 

"Guardian" digər rusiyalılarla da söhbətləşib. Onlar Rusiya mətbuatında yazılanların yanlış olduğunu, rusların müharibəni dəstəkləmədiyini bildiriblər. 

Ağarza Elçinoğlu