Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru Vyaçeslav Trubnikov 78 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb. 

Ordu generalı rütbəsi daşıyan Trubnikov 1944-cü ildə İrkutskda anadan olub. 

O, 1996-2000-ci illərdə Xarici Kəşfiyyat Xidmətinin direktoru vəzifəsində çalışıb. Bundan sonra Trubnikov xarici işlər nazirinin birinci müavini, 2004-cü ildən isə Rusiyanın Hindistandakı səfiri olub.