Yaponiya Ukraynaya maksimum dəstəyi davam etdirəcəklərini bəyan edib.

"Unikal" xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, onlar Ukraynanı pilotsuz uçuş aparatları və kimyəvi mühafizə dəstləri ilə təmin edəcək.

"Yaponiya Müdafiə Nazirliyi Ukrayna hökumətini NBC geyimləri, NBC maskaları və pilotsuz təyyarələrlə təmin etmək qərarına gəlib. Ukraynalıların öz ölkələrini müdafiə etmək üçün mübarizəsi hələ də davam edir, ona görə də Yaponiya Müdafiə Nazirliyi Ukrayna üçün maksimum dəstəyimizi davam etdirəcək", - "Twitter"də paylaşılan mesajda ​​deyilir.

Ağarza Elçinoğlu