Rus ordusunun tam nəzarəti ələ almağa çalışdığı Mariupol şəhərində müqavimətini davam etdirən Azov batalyonu rus ordusuna maddi-texniki dəstək verən əsgərləri pusquya salıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirinin müşaviri Anton Geraşenko sosial  media hesabından məlumat yayıb.  O, Azov batalyonunun rus əsgərlərini vurduğu pusqudan görüntüləri paylaşaraq “Mariupolun müdafiəsi davam edir", - deyə bildirib. 

Onun sözlərinə görə,  pusquya düşən bütün rus  əsgərləri  məhv edilib. 

Gülayə  Mecid