Rusiya döyüş gəmilərini Ukrayna sahillərindən 200 km geri çəkib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Cənub əməliyyat komandanlığından məlumat verilib.

Qeyd olunub ki, lakin onlar hələ də Ukraynaya gələn gəmilərin qarşısını kəsir: "Qara dəniz əməliyyat zonasında düşmən dəniz qüvvələrinin raket və desant gəmiləri qrupu bizim sahillərdən demək olar ki, 200 km geri çəkilib. Lakin naviqasiyanın bloklanması və raket zərbələri təhlükəsi hələ də qalır".

Ağarza Elçinoğlu