Rusiya Silahlı Qüvvələri dünyanın ən yaxşılarından biri olmağa davam edir. Rusiya ordusunun arsenalında müasir raketlər və helikopterlər var.

"Unikal"  xəbər verir ki, bu barədə Amerikanın  "19FortyFive" jurnalı yazıb.  Nəşr məlumatda Amerika ordusunu narahat edən 5 rus silahının adını qeyd edib.

Siyahıya “Poseydon” nüvə torpedası başçılıq edir. Onun ABŞ-ın sahilyanı şəhərlərini vurmaq üçün istifadə oluna biləcəyi qeyd edilir. Torpedo K-329 "Belgorod" sualtı qayığının arsenalına daxildir.  

Jurnal düşmən təyyarələrini, ballistik raketləri vura bilən S-400 “Triumf” zenit-raket kompleksini qeyd edib. Siyahıda növbəti yerdə düşmənin yüksək dəqiqlikli raketlərini məhv edə bilən “Panzer-C1” zenit-raket kompleksi yer alır. 

4-cü yerdə Mi-28H helikopterinin təkmilləşdirilmiş versiyası olan Mi-28NM zərbə-kəşfiyyat helikopteri (gecə super ovçusu) qərarlaşıb. Helikopter “Ataka” tank əleyhinə raketləri daşıyır.

Siyahıya bir-birindən ayrılmış 6 döyüş başlığı daşıyan MBR RS-24 “Aurs” qitələrarası ballistik raketi də daxildir.

 Gülayə  Mecid