Rusiya operativ-taktiki və ordu aviasiyası desant qoşunları ilə birlikdə “İlan” adası yaxınlığında Ukraynaya məxsus üç “Mi-8” helikopterini və iki “Su-24” və “Su-27” təyyarələrini vurub.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi general-mayor İqor Konaşenkov brifinqdə deyib.

“İlan” adasında Ukraynaya məxsus “Su-24” bombardmançısı, bir “Su-27” qırıcısı, üç “Mi-8” helikopteri və iki “Bayraktar-TB2” pilotsuz uçuş aparatı vurulub. Ukraynanın "Stanislav" hücum kateri də məhv edilib”,- deyə Konaşenkov bildrib.