Rusiya ordusu Ukraynanın Luqansk vilayətinin Beloqorovka kəndində içərisində 90 dinc sakin olan məktəbə bomba atıb.

"Unikal"ın verdiyi məlumata görə, bildiriir ki, yerli sakinlər əvvəl Mədəniyyət evində gizlənirdilər:

Lakin ev də dağıldıqdan sonra insanlar məktəbin binasında gizlənirdilər. Faciə baş verən zaman məktəbdə təxminən 90 nəfər olub. Artıq 30-a yaxın insan dağıntılar altından çıxarılıb.

Axtarış-xilasetmə işləri davam edir.