Ukraynanın Luqansk vilayətindəki çeçen bölməsinin komandirlərindən biri İsmayıl Aquev yaralanıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, Rubijne kəndi yaxınlığında gedən döyüş zamanı xəsarət alıb. 

Məlumatda bildirilir ki, Kürçaloy rayon polis şöbəsinin sabiq rəisi ilə yanaşı daha iki çeçen polisi də yaralanıb.

Çeçenistan rəhbəri Ramzan Kadırov sonuncu dəfə mayın 5-də öz "Telegram" kanalında İsmayıl Aguevin adını çəkib.

Ağarza Elçinoğlu