Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Kanadanın Baş naziri Castin Trüdo ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Zelenski "Facebook" hesabında bildirib.

“Kanada öz azadlığı uğrunda mübarizədə Ukraynaya dəstək verən liderlər sırasındadır. Kanadanın Baş naziri Castin Trüdonun bu gün Ukrayna xalqının yanında olması bizim üçün çox şey deməkdir. İnanıram ki, biz birlikdə bütün sınaqların öhdəsindən gələcəyik”, - Ukrayna lideri sosial şəbəkə hesabında yazıb.