Rusiya Federasiyasının İrana yardım çağırışı Kremlin hərbi və siyasi iflasının etirafıdır.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski videomüraciəti zamanı deyib. 

"Biz yadda saxlamalıyıq: Rusiyanın İrana yardım üçün müraciət etməsi faktının özü də Kremlin onun hərbi-siyasi iflasını tanımasıdır. Onlar onilliklər ərzində öz hərbi sənaye kompleksinə milyardlarla dollar xərclədilər və nəticədə kifayət qədər sadə pilotsuz təyyarələr və raketlər almaqla Tehrana boyun əydilər. Strateji baxımdan bu, yenə də onlara kömək etməyəcək", - Zelenski vurğulayıb.

Onun fikrincə, taktiki müstəvidə rusların müəyyən ümidləri ola bilər, lakin onların hamısı uğursuzluğa düçar olacaq.

Ağarza Elçinoğlu