Rusiyanın daşınmaz əmlak şirkətlərindən birinə rəhərlik edən Dmitri Zelenov Fransanın məşhur istirahət mərkəzi Antibesdə pilləkənlərdən yıxılaraq ölüb.

"Unikal" xəbər verir ki, dostları ilə şam yeməyinə gedən 50 yaşlı Zelenov anidən müvazinətini itirərək pilləkəndən yıxılıb.

Yıxılarkən başına ağır zərbələr alan oliqarx xəstəxanada dünyasını dəyişib. 

Rusiya mətbuatı Zelenovun bir müddət əvvəl ürəyində problem olduğu üçün əməliyyat olunduğunu, lakin səhhətinin yaxşılaşdığını yazıb. Moskvanın ən böyük daşınmaz əmlak investisiya şirkətlərindən birinin sahibi olan Zelenov Sovet İttifaqının dağılmasından sonra sürətlə yüksələn rus oliqarxlarından biri olub. 

Gülayə Mecid