"Ankara ilə İrəvan arasında dialoqa istənilən kənar müdaxilə regiondakı bütün proseslərə mənfi təsir göstərə bilər".

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Anadolu dövlət agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, hazırda normallaşma prosesində ləngimə müşahidə olunsa da, təmaslar dayandırılmayıb və hazırda Ankara ilə İrəvan arasında texniki aspektlər müzakirə olunur. “Ankara ilə İrəvan arasında dialoqa istənilən kənar müdaxilə regiondakı bütün proseslərə mənfi təsir göstərə bilər, lakin Ankara təkcə Ermənistan-Türkiyə münasibətlərinin qurulması üçün deyil, həm də uzunmüddətli sülh və sabitliyin bərqərar olması üçün səylərini davam etdirəcək. Səmimi səy göstərdiyimiz üçün gördüyümüz işi davam etdirəcəyik”, - deyə mənbələr bildirib.

Mənbələrin sözlərinə görə, beşinci normallaşma danışıqlarının tarixi hələ müəyyən edilməyib, lakin onun baş tutmasından əvvəl bir sıra qarşılıqlı addımların atılması lazımdır. Danışıqlar ya Türkiyədə, ya da Ermənistanda aparılacaq.

Gültəkin Ələsgər