NATO -nun baş katibi Yens Stoltenberq Qərb ölkələri ilə Rusiya arasında münasibətlərin normallaşmasının hətta  Ukraynadakı münaqişə bitdikdən sonra da baş verməyəcəyi fikrində olduğunu bildirib .

"Unikal" xəbər verir ki, o, bu barədə Almaniyanın Handelsblatt qəzetinə müsahibəsində bildirib .

“Əvvəlki kimi olmayacaq. Ukraynada silahlar sussa belə, Rusiya ilə münasibətlərimizin normallaşacağını gözləməməliyik”, - deyə baş katib bildirib.

Qeyd edək ki , bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya ilə Qərb arasında münasibətlərin əvvəlki səviyyədə bərpa olunmayacağını bildirmişdi.

O, həmçinin qeyd edib ki, Rusiya orada “iki illik seçki tsiklindən bir az da irəli baxa bilən” insanlar hakimiyyətə gələndə Qərblə dialoqa girəcək. Bundan əvvəl Lavrov bildirib ki, Şimali Atlantika Alyansının genişlənməsi Rusiya və digər ölkələrə münasibətdə əsas hərəkətverici motiv olaraq qalır.

Hazırda Ukraynada Rusiya Federasiyası Silahlı Qüvvələrinin xüsusi əməliyyatı davam edir . Bu barədə fevralın 24-də Rusiya prezidenti Vladimir Putin məlumat verib . Onun sözlərinə görə, hərbi əməliyyatın məqsədi qonşu ölkəni demilitarizasiya etmək və onun hakimiyyətini denazifikasiya etməkdir.

Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.