Ermənistan parlamentinin spikeri Alen Simonyan gecə klublarının birində görüntülənib. 

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkənin erməni seqmentində video yayılıb. 

Videoda parlament sədrinin gecə klubunda rəqs etməsi əks olunub. 

Görüntünün ötən həftə 15 erməni hərbçinin yanaraq ölməsindən sonra çəkildiyi deyilir. Spikerin gecə klubundakı rəqsi ermənilər tərəfindən nifrətlə qarşılanıb. Belə ki, insanlar Simonyanın sözügedən hadisəni "qeyd etməsi" kimi qarşılayıb. 

Ağarza Elçinoğlu