Ukraynanın infrastruktur nazirinin iki müavini İvan Lukerya və Vyaçeslav Neqoda yanvarın 24-də istefa veriblər.

"Unikal" xəbər verir ki, bu barədə onlar sosial şəbəkədə açıqlayıblar. 

"Qərarı ilin əvvəlində qəbul etdim, lakin təəssüf ki, siyasi və bürokratik şəraitə görə bu həftə hüquqi ifadələr üst-üstə düşdü", - Lukerya "Facebook" səhifəsində yazıb. 

O, bundan sonra nə baş verəcəyini də tezliklə elan edəcəyinə söz verib.

Həmçinin Ukrayna sosial siyasət nazirinin müavini Vitali Muzıçenkanın da istefası təmin olunub. 

Qeyd edək ki, bu, gün ərzində Ukraynada artıq altıncı istefadır. 

Ağarza Elçinoğlu